Tailandda qadın sürücü avtomobili ilə az qala çoxmərtəbəli avtodayanacağın 3-cü mərtəbəsindən yerə düşəcəkdi. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Kadrlarda “Toyota”nın sürücüsü avtodayanacaqda avtomobilini park etmək istəyir. Ancaq, o, maşını bir neçə dəfə dala-qabağa verib park etmək istəsə də bacarmayıb. Sonda qadın pedalların yerini səhv salaraq “Toyota”nı geriyə hərəkət etdirərək əvvəlcə beton sütuna sürtür və arakəsməyə çırpır. Daha sonra krossoverin iki arxa təkəri avtoparkın 3-cü qatında havada asılı qalır. Hadisəni görən nəzarətçilər dərhal qadının köməyinə qaçaraq onu maşından düşürürlər.
Videoda da göründüyü kimi qəza xəsarətsiz sona çatıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man