İtaliyada zibil maşınının və avtobusun iştirakı ilə baş verən yol qəzasında 18 nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Milan şəhərində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan sərnişin avtobusu əks zolağa çıxıb və 50 metr irəlilədikdən sonra zibil maşını ilə toqquşub. Nəticədə qəza anında piyada keçidindən keçən qadın ağır xəsarətlər alaraq komaya düşüb. Avtobusda olan sərnişinlərdən 6-sına hadisə yerində ilkin tibbi yardım göstərilib, 11 nəfər isə xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man