Sərnişindaşıma fəaliyyəti göstərən 30 və 49 saylı marşrutlar Babək prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozması barəsində Avtosfer.az saytı məlumat yaymışdı. Belə ki, hər iki xəttin avtobusları prospektdə yollarını qısaltmaq üçün xeyli məsafəni əks istiqamətə hərəkət edir. Onlar həm yüzlərlə sərnişinin, həm də öz yolu ilə gedən digər maşınlarda olan insanların həyatını təhlükəyə atır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, hər iki sürücü aşkarlanıb və barələrində müvafiq qaydada tədbir görülüb. Belə ki, "Trans Control" şirkətinə məxsus 10 TG 370 və fiziki şəxs Vüsal Məsimovun adına olan 99 XJ 563 dövlət nömrə nişanlı avtobusları idarə edən sürücülər müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 327.40-cü maddəsinin tələblərini pozduqlarına görə, barələrində 100 manat və 4 bal cərimə tətbiq edilib.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man