Polis olmaq istəyənlərin NƏZƏRİNƏ - Nazir sıra baxışı keçirəcək

İctimai nəqliyyat 06 Dekabr 2019 | 17:30
OXUNUB: 2054

Daxili İşlər Nazirliyi vakant post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 27-də saat 08.30-da, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Abşeron, Salyan, İsmayıllı, Ucar, Kürdəmir, Şabran, Siyəzən, Xızı, Masallı, Şəmkir, Lənkəran şəhər, rayon polis orqanlarında və Bakı şəhər Baş Polis İdarəsinin ərazi polis qurumlarında vakant post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək. Sıra baxışında yalnız qeyd olunan rayonlarda və Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:
- Ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Sıra baxışına gələnlər şəxsi sənədlərini (şəxsiyyət vəsiqəsi və hərbi bilet) təqdim etməlidirlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.
Kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.

Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-94-12; (012)-590-93-45.
(012)-590-92-37; (012)-590-97-52;

 

Gültən Qədirli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man