Azərbaycanda deputatın oğlu “Bandotdel” tərəfindən saxlanıldı

19 Avqust 2019 | 10:57
OXUNUB: 2041
 

Lerikdə "Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, ötən gün "Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.

Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man