Çox zaman piyadalar işıqforlar vasitəsilə tənzimlənən piyada keçidlərində qaydaları pozurlar. Yol avtomobillər üçün olsa da "piyada keçidi var keçirəm" fikri ilə özlərini təhlükəyə atırlar. Avtosfer.az-ın təqdim etdiyi video paytaxt küçələrinin birində çəkilib. Validey və əlindən tutduğu uşaq avtomobillər hərəkətə başlayan zaman keçiddən keçir. Bu zaman təhlükəli bir vəziyyət yaranır.
Onsuz da 15-20 saniyə işıqfor olan yerdə ya avtomobillər gözləməli, ya da hərəkət edərək piyadanı vurmalıdır. Unutmayaq ki, bizim 9 canımız yoxdur və bu cür hərəkətlər edərək uşaqlarımızı "kamikadze" kimi yetişdirməyək.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man