Yevlaxda yol qəzası olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Yevlax rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1979-ci il təvəllüdlü Qasımov Mahir Zakir oğlu, 1965-ci il təvəllüdlü İsrafilova Əmanət Nəsif qızı, 1976-cı il təvəllüdlü Mehdiyev Cəlal Şaxlı oğlu, 1960-cı il təvəllüdlü Babayeva Nabidə Şaxlı qızı və 1967-ci il təvəllüdlü Sayadova Reyhan Şaxlı qızı xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, yaralılardan üçü bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man