Türkiyənin Diyarbəkir vilayətində sürücü, yol vermək səbəbindən mübahisə etdiyi taksi sürücüsünə atəş açdıqdan sonra onu döyüb. Avtosfer.az xəbər verir ki, insident Bağlar rayonu, Qaynarpınar küçəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan avtomobil sürücüsü, taksi sürücüsünə siqnal verərək yol verməsini istəyib. Taksi sürücüsünün yol verməməsindən sonra o, əsəbiləşib və avtomobilini svetoforun qırmızı işığında dayanan taksinin yanında saxlayaraq, nəqliyyat vasitəsindən enib. Taksiçini maşından düşürdərək üzərində gəzdirdiyi tapança ilə onu vurub. Bundan sonra da hirsi soyumayan sürücü taksiçini döyməyə başlayıb. Daha sonra isə tapançanı ətrafda toplanan insanlara tuşlayaraq avtomobilinə minərək hadisə yerindən qaçıb. Vətəndaşların xəbər verməsindən sonra hadisə yerinə polis və səhiyyə işçiləri gəlib. Yaralı taksi sürücüsünə ilkin tibbi yardım göstərildikdən sonra ambulansla xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları qaçan sürücünün axtarışlarına başlayıb.
Yaşanan anlar isə bir vətəndaş tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man