Baku City Circuit (Bakı Şəhər Halqası) şirkəti yaşıl strategiyaya keçir.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, yeni strategiyaya əsasən, ekoloji məsələlərə həssaslıqla yanaşılacaq.
Bu ildən etibarən “Formula-1” yarışı zamanı plastik əşyalardan istifadə azaldılacaq.
Şirkətin özünün ofisindəki tullantılar Bakı Autizm Mərkəzinə veriləcək. Autizm Mərkəzində həmin tullantılar çeşidlənəcək və müvafiq orqanlara müəyyən pul müqabilində satılacaq. Oradan əldə olunan vəsait autizmli gənclərin müalicəsinə xərclənəcək.
Səbuhi Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man