Yol hərəkəti qaydasını pozmaq istəyən iki sürücü cərimə olunmaqdan son anda qurtulublar. Avtosfer.az xəbər verir ki, noyabrın 2-i paytaxtın Həsənoğlu küçəsində hərəkət edən 90-OH-447 qeydiyyat nişanlı "Hyundai Accent" markalı avtomobil və onun qarşısındakı digər avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq sola dönmək istəyiblər. Bu zaman soldan gələn YPX avtomobilini görən sürücülər sola dönməkdən yayınaraq düzünə hərəkət etməyə başlayıblar.
Sürücülərin əksəriyyəti qaydaları polisə görə pozmur. Lakin düşünmək lazımdır ki, polis olmayan yerdə qaydaları pozan zaman yol nəqliyyat hadisəsinə düşüb sağlamlığınızı itirə bilərsiniz.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man