Tatarıstanda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident dekabrın 2-də M7 avtomagistralının Mendeleevski rayonu ərazisindən keçən hissəsində baş verib.
Kadrlarda, “Hyundai Accent” markalı avtomobilin ötmə əməliyyatını yerinə yetirdiyi, yolun buzlu olması səbəbindən sürüşərək qarşı yol çıxaraq TIR-la toqquşduğu görülür.
Zərbənin təsirindən deformasiyaya uğrayan “Hyundai”, sürüklənərək digər hərəkətdə olan TIR-a çırpılır və sonra da yol kənarına düşür.
Yerli medianın məlumatına görə, qəza nəticəsində “Hyundai Accent” markalı avtomobilin qadın sürücüsü ilə birlikdə olan 9 yaşlı qızı hadisə yerində dünyasını dəyişiblər.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man