Paytaxtın mərkəzində qaydaları kobud şəkildə pozan sürücünün görüntüsü digər avtomobildəki sərnişin tərəfindən qeydə alınaraq redaksiymıza göndərilib. Avtosfer.az xəbər verir ki, noyabrın 27-də paytaxtın Rəşid Behbudov küçəsində hərəkət edən 90-AF-556 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü, axına qarşı hərəkət edərək qarşıdan gələn avtomobillərə təhlükə yaradıb. Avtomobilə qanunsuz olaraq sayrışan işıq siqnalları da quraşdırılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə qaydaları pozan avtomobil Azərbaycan Rəssamlar İttifaqına məxsusdur.
Avtomobili idarə edən şəxs redaksiyamızla əlaqə saxlayıb. Bildirib ki, avtomobildə xəstə olub və yaxınlıqdakı həyətə girirmiş.
Videonu təqdim edirik:
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man