Ağcabədi rayonu ərazisində ağır yol qəzası baş verib.
İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Məmmədov Orxan İlham oğlu yaralanıb.
Yaralı əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanası yerləşdirilib, daha sonra müayinə və müalicəsini davam etdirməsi üçün paytaxtda yerləşən xəstəxanaların birinə göndərilib.
Müayinə zamanı ona bud sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli travması diaqnozu qoyulub.
Ağcabədi polisi hadisənin təfərrüatını araşdırır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man