Texas ştatının Qalveston şəhərində kafeyə gələn qonaqlar ofisianta maşın hədiyyə ediblər.
“Daily Mail” xəbər verir ki, bu Adrianna Edvards adlı qıza qismət olub.
O hər gün işə çatmaq üçün 22, 5 km piyada qət etməyə məcbur olub. Gününün 5 saatını yola sərf edən xanım özünə maşın almaq istəsə də buna cari xərclər imkan verməyib.
Noyabrın 26-da Edvards kafedə iki nəfərə səhər yeməyi verib. Kişi və qadın təsadüfən onun problemindən xəbər tutublar və bir neçə saatdan sonra kafeyə maşınla qayıdıblar. Cütlük yaxınlıqdakı avtomobil dükanından 2011-ci ilin “Nissan Sentra” maşını alıb onu ofisianta hədiyyə edib.
Qonaqların səxavəti Edvardsı çaş-baş salıb və o indiyə kimə xoşbəxtliyinə inana bilmir. Cütlük isə anonim qalmağı üstün tutub. Onlar qızdan xahiş ediblər ki, o da kiməsə yaxşılıq etsin.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man