Tunisin şimal-qərbində turist avtobusunun qəzaya uğraması nəticəsində azı 22 nəfər dünyasını dəyişib, daha 21 nəfər isə yaralanıb. Avtosfer.az xəbər verir ki, insident bu gün Ayn-Sanussi yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Bu barədə “Mosaic FM” radiostansiyası məlumat yayıb.
Məlumata görə, avtobus ölkənin paytaxtdan Ayn-Drahma şəhərinə gedirmiş.
Bildirilir ki, özəl bir turist agentliyinə məxsus avtobusda 43 sərnişin və məktəblilər olub.
İlkin məlumata görə, hərəkətdə olan avtobus yolda çevrilib və sərt bir enişdən sürüşərək hündürlükdən yamaca yuvarlanıb.
Hadisənin araşdırılması üçün yerli Daxili İşlər Nazirliyi tərəfindən xüsusi komissiya yaradılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man