Dağıstanda avtomobil yüksək sürətlə yol polis inspektorunu vurub. Avtosfer.az xəbər verir ki, insident dekabrın 1-də Qızılyurt rayonunda baş verib. Hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda, yol polis inspektoru yüksək sürətlə hərəkət edən avtomobili saxlamaq istədiyi, ancaq sürücünün buna məhəl qoymayaraq maşını polisin üzərinə sürdüyü və onu vurduğu görülür. Zərbənin şiddətindən inspektorun havada uçaraq fırlandığı və yerə sərt şəkildə çırpıldığı da videoya düşüb.
Yerli medianın məlumatına görə, qəzadan sonra polis əməkdaşı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man