Lənkəranda yol qəzası baş verib, ata və qızı xəsarət alıb - FOTO

Yol qəzaları 01 Dekabr 2019 | 13:45
OXUNUB: 1636

Lənkəranda avtomobil qəzasında iki nəfər ağır xəsarət alıb.

“Report”-un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəd yolunun 165-ci kilometrliyində, Girdəni kəndində baş verib.

Əslən Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən olan 1964-cü il təvəllüdlü İmran Əli oğlu Yaqubov idarə etdiyi "VAZ-2107" markalı, "99-MP-353" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi yoldan çıxaraq torpaq sahəyə düşüb. Qəza nəticəsində sürücü və qızı, 1993-cü il təvəllüdlü Bakı şəhəri Nizami rayonu sakini Yaqubzadə Cəmilə İmran qızı ciddi xəsarətlər alıblar. Hər iki yaralı deformasiyaya uğramış avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara yuxarı və aşağı ətraflarda açıq və qapalı sınıqlar qeydə alınıb. 

Məlumata görə, qəzaya düşən ata və qızı İran İslam Respublikasına müalicə almaq üçün gedirlərmiş. Hadisəyə yüksək sürətlə hərəkət zamanı sürücünün yuxulamasının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man