Türkiyənin Əskişəhər vilayətində mikroavtobusun və TIR-ın iştirakı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Əskişəhər – Ankara avtomagistralının 10-cu kilometrliyində qeydə alınıb.
Məlumata görə, Gurxan Şimşəyin idarə etdiyi 16 CDJ 75 qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobus, naməlum səbəblərdən Fazil Özqayanın idarə etdiyi 10 ACS 45 qeydiyyat nömrə nişanlı TIR-a arxadan çırpılıb.
Nəticədə 17 nəfər müxtəlif cür bədən xəsarətləri ilə hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Müalicə üçün palataya yerləşdirilən yaralıların həyatları üçün heç bir təhlükənin olmadığı bildirilib.
Qeyd edilir ki, mikroavtobusda qəzaya düşərək yaralanan 17 nəfər, “Bursaspor” futbol komandasının azarkeşləri olub. Onlar bu gün baş tutacaq “Bursaspor” - “Adanaspor” matçını izləmək üçün getdikləri məlum olub.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man