Bakıda iki qəzada yaşlı qadını və ana ilə uşağını avtomobil vurub

Yol qəzaları 30 Noyabr 2019 | 03:00
OXUNUB: 744

Bakıda piyadanın vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Hadisələrdən biri Nəsimi rayonunda olub. Qəza zamanı biri uşaq olmaqla, iki nəfər xəsarət alıb.  

Hadisə 3-cü mikrorayon dairəsinin yaxınlığında baş verib. 1975-ci il təvəllüdlü Həsənova Pərvanə Bakir qızı azyaşlı övladı ilə birlikdə “Gold Baku” şadlıq sarayına gedərkən “Daewoo” markalı avtomobil onları vurub.  

Yaralılar xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Xəzər rayonunda da yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.  

Qəza Binə qəsəbəsində qeydə alınıb. Südçülük yaşayış sahəsində minik avtomobili 1971-ci il təvəllüdlü Sevda Əliyevanı vurub.  

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man