Dağıstanda iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident noyabrın 28-də Talqi – Buynaksk avtomagistralının 4-cü kilometrliyində qeydə alınıb.
Məlumata görə, 25 yaşlı sürücü idarə etdiyi “VAZ-2106” markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirən zaman, yolun əks istiqamətinə çıxaraq hərəkətdə olan “Mitsubishi Lancer” markalı maşınla toqquşub. Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Nəticədə 4 nəfər ölüb, daha 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man