Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Girdəni kəndində baş verib.
14 yaşlı Quliyev Yunis Mirdavud oğlu qardaşı ilə birgə yolu keçərkən Bədəlov Fuad Səməd oğlunun idarə etdiyi 90-PG-841 dövlət qeydiyyat nömrə nişanlı “Hyundai” markalı maşın tərəfindən vurulub.
Daxili qanaxma şübhəsi diaqnozu ilə xəstəxanaya aparılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti daxili və xarici müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man