Türkiyənin İstanbul şəhərində qəzadan sonra sürücülər arasında baş verən dava qanla bitib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Çəkməköy rayonunun Məhməd Akif məhəlləsində qeydə alınıb.
Məlumata görə, Şahinbəy küçəsində iki avtomobilin toqquşmasından sonra sürücülər arasında mübahisə baş verib. Bir müddət mübahisə edən tərəflər qısa müddət ərzində dava etməyə başlayıblar. Daha sonra sürücülərdən biri yanında gəzdirdiyi silahı çıxararaq qarşısındakı şəxsi ayağından vurub. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə xeyli sayda polis və səhiyyə briqada əməkdaşları gəlib. Ayağından güllə yarası alan şəxs ambulansla xəstəxanaya çatdırılıb.
Polis isə iki nəfəri yaxalayaraq bölməyə aparıb.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man