Türkiyənin Elazığı vilayətində minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Doğukan məhəlləsində qeydə alınıb.
Məlumata görə, Abdulsalamat Qılıncın idarə etdiyi 23 P 1579 qeydiyyat nömrə nişanlı “Peugeot” markalı minik avtomobillə, Yaşar Doğu küçəsində hərəkətdə olan zaman yolun yağışlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə 1 nəfər ölüb, daha 2 nəfər isə hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man