Dominikan Respublikasında turistlərin olduğu avtobusun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident noyabrın 26-da İquey şəhəri yaxınlığında qeydə alınıb.
Məlumata görə, 60 rusiyalı turistin olduğu avtobus aeroport istiqamətində hərəkətdə olan zaman anidən qarşısında manevr edən yük maşınına çırpılıb. Zərbənin təsirindən avtobus aşıb, yük maşını isə yoldan bir neçə metr aralıya düşüb.
Rus diplomatlarının sözlərinə görə, turistlərdən ölən olmayıb. Lakin 17 nəfər xəsarət alıb, onlardan 15-nin vəziyyəti ağırdır.
Rusiyanın Venesuelada olan səfirliyi bildirib ki, rusiyalılardan birinin hər iki əli amputasiya edilib.
Artıq turistlərdə 7-si vətənlərinə qayıdıb.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man