Lada 4x4 ofrouderinin pərəstişkarları Azərbaycanda kifayət qədərdir. Ən maraqlısı odur ki, bu avtomobilin istifadəçiləri xüsusi geyim tərzi ilə də seçilirlər. El arasında “Niva” sürənlərin butalı köynəyə, dar şalvara və mokasinlərə üstünlük verdiyi barədə söz-söhbətlər gəzir. Lakin bu ofrouderin sahiblərinin əksər hissəsinin bir şakəri də mövcuddur – yumşaq formada desək, qaydalara biganəlik.
Bu günlərdə “Rossiyskaya qazeta” qəzeti butalı köynəyi sevən oğlanları maraqlandıracaq məlumat və şəkillər ilə bölüşüb. Şəkillərdə Lada 4x4 modelinin yenilənmiş versiyası təsvir olunub. Beləliklə, yenilənmiş ofrouderi necə tanımaq olar?
Zahiri yenilik ön bamperə inteqrə edilmiş duman əleyhinə fənərlərdir. Lakin yenilənmiş 4x4 modelinin əsas fərqləndirici cəhəti onun salonudur. Salonda yeni cihazlar paneli, mərkəzi konsol və sükan çarxı peyda olub. Bundan başqa, yenilənmiş model salon filtrinə, üç başlığı olan arxa divana və dinamiklərin quraşdırılmasını nəzərdə tutan qapı üzlərinə sahib olub. Havalandırma sisteminin düymələri yumru formalara malik olublar. Deflektorların ölçüləri də bir qədər iriləniblər.
Qeyd etmək lazımdır ki, ofrouderin “lyuks” versiyası sayılan Lada 4x4 Urban yan hava yastıqları ilə də təchiz ediləcəkdir. Bundan başqa, AvtoVAZ təhlükəsizlik yastığı olan sükan çarxının quraşdırılması barədə də düşünür.
Texniki cəhətdən ofrouder dəyişməyib: 4x4 əvvəlki kimi 83 at qüvvəsi və 129 Nm fırlanma anı hasil edən 1,7-litrlik mühərrik və 5-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Lada 4x4 FL modelinin istehsalına 18 noyabr tarixindən start verilib. Hər gün konveyerdən altı ədəd yenilənmiş odrouder çıxır. Yenilənmiş Lada 4x4 modelinin tamölçülü istehsalına dekabr ayında başlanacaqdır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man