BDU-nun 78 yaşlı müəllimi avtobusdan yıxılaraq ağır xəsarət alıb - FOTO

Yol qəzaları 26 Noyabr 2019 | 10:30
OXUNUB: 640

Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının müəllimi, 1941-ci il təvəllüdlü Fazil Vahidov avtobusdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, F.Vahidov 39 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmək istəyən zaman sürücü qəfildən avtobusu idarə etməyə başlayıb. Bu zaman F.Vahidov yıxılaraq ağır xəsarətlər alıb. O, özəl xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat olunub.

Qeyd edək ki, F.Vahidov 1970-ci ildən BDU-da çalışır. O, fəlsəfə elmləri namizədi və 1974-cü ildən BDU-nun dosentidir. 2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülüb.

Prezident İlham Əliyevin 2019-cu ilin noyabrın 25-də BDU-nun əməkdaşlarına fəxri adların verilməsi haqqında imzaladığı sərəncamla Fazil Qulam Mirzə oğlu Vahidov 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man