Paytaxtda fəaliyyət göstərən marşrut avtobusu sürücüsünün təhlükəli hərəkətlərini sərnişinlərdən biri videoya çəkərək redaskiyamızın elektron ünvanına göndərib.
Avtosfer.az xəbər verir ki, paytaxtın mərkəzi küçəsi ilə hərəkət edən 99-JR-210 qeydiyyat nişanlı "Daewoo" markalı marşrut avtobusunun sürücüsü, nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefondan istifadə edərək fikrini yoldan yayındırıb. O, telefonla məşğul olduqdan sonra kiminləsə əlaqə saxlayaraq danışmağa başlayıb. Bu zaman sürücü hər iki əlini sükandan çəkərək avtobusu idarə edib.
Sürücünün bu hərəkəti yolverilməzdir. Ani bir diqqətsizlik ağır yol nəqliyyat hadisəsinə səbəb ola və sərnişinlərin xəsarət alması ilə nəticələnə bilər.
Bu cür məsuliyyətsizlik edən sürücüləri xətdən kənarlaşdırmaq daha məqsədəuyğundur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man