Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarənin ikinci pilotu uçuş zamanı vəfat edib.
TASS xəbər verir ki, hadisə Moskva-Anapa marşrutu zamanı baş verib.
İkinci pilotun vəziyyətinin pisləşməsi təyyarənin təcili eniş etməsinə səbəb olub.
Hava gəmisi Rostovda qəza enişi edib, təcili-tibbi yardım briqadası cəlb olunsa da, həkimlərin səyinə baxmayaraq pilotun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər pilotun qəfil ürəktutmadan vəfat etdiyini bildiriblər.
Daha sonra reys başa çatdırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man