Bakıda qaydaları kobud şəkildə pozan xanım sürücü kameraya düşüb. Bu barədə Avtosfer.az-a vətəndaşlardan biri video göndərib. Görüntülərdə 90 ZA 037 dövlət nömrə nişanlı, "Range Rover" markalı avtomobilin xanım sürücüsü qucağında azyaşlı uşağı əyləşdirərək sükanı ona verib. Bayraq meydanından "Azneft" dairəsinə qədər uşaq qucağında avtomobili idarə edərək şəhərin mərkəzinə daxil olub.
Qeyd edək ki, son zamanlar bu kimi hallar artıb. Amma valideynlər deyəsən övladlarını hansı təhlükəyə atdıqlarının fərqində deyil. Çünki ani bir hadisə ağır nəticələr verə bilər. Həmçinin bu hərəkət inzibati qayda pozuntusudur. Yol polisi bu cür sürücüləri cərimələyir. Ümid edirik ki, DYP bu sürücünü də inzibati qaydada məsuliyyətə cəlb edəcək. Görüntüləri təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man