Abşeron DYP əməkdaşları qadını ölümdən qaytardı - VİDEO

İctimai nəqliyyat 23 Noyabr 2019 | 17:45
OXUNUB: 1636

Abşeron Rayon Dövlət Yol Polisinin əməkdaşları növbəti dəfə humanist və nümunəvi addımı ilə yadda qalıblar. Avtosfer.az xəbər verir ki, bu yaxınlarda 30 yaşlı Vüsalə Cəfərovanın boğazında balıq sümüyü qalıb. Atası Famil Cəfərov təcili şəkildə ona çöpçüyə aparıb ki, sümük çıxarılsın. Lakin balıq sümüyünü çıxarmaq mümkün olmayıb və atasına təcili xəstəxanaya çatdırması məsləhət görülüb. Bu zaman F.Cəfərov övladını xəstəxanaya çatdırmaq üçün sürət həddini aşıb və bu fakt 99 YP 190 nömrəli xidməti maşında olan yol polisi Vasif Ələsgərovla Əli Cavadovun diqqətini cəlb edib. Sürücü saxlanıldıqda onun övladının məsələsindən xəbər tutan hər iki yol polisinin köməyi ilə xəstəxanaya çatdırılıblar. F.Cəfərov bildirib ki, yol polis əməkdaşları onları “Semaşko”ya aparıblar: “Onların yardımı sayəsində xəstəxanaya vaxtında çatdıq, indi övladım yaxşıdır. Bu nümunəvi hərəkətinə görə Abşeron rayon yol polis əməkdaşlarına təşəkkür edirəm”.
Bundan  əvvəl də Abşeron DYP əməkdaşı polis kapitanı Vasif Sadıqov qolu kəsilən  21 yaşlı gənc oğlanın həyatını xilas edib. Ərazidə xidmət edən Vasif Sadıqov yaralını və onun anasını 99 YP 174 dövlət nömrə nişanlı patrul avtomobilinə mindirərək xəstəxanaya çatdırıb.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man