Bir gecədə iki ağır yol qəzası – 10 ölü, 33 yaralı

Yol qəzaları 23 Noyabr 2019 | 11:25
OXUNUB: 894

Meksikanın şimal-şərq sərhədində ötən gün gecə saatlarında iki ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəzalardan biri Çiapas ştatının Okosokoaytla – Las-Çoapas ödənişli şosesində qeydə alınıb.

Məlumata görə, sərnişin avtobusu döngəli yolda sürücünün idarəetməsindən çıxaraq dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər ölüb, azı 33 nəfər xəsarət alıb.

İkinci qəza isə Sonora ştatında qeydə alınıb.

Bildirilir ki, ABŞ sərhədi istiqamətində hərəkət edən, içərisində Venesuela vətəndaşlarının olduğu taksi avtosisternlə toqquşub. Nəticədə taksi sürücüsü ilə birgə 5 sərnişin hadisə yerində dünyasını dəyişib.  

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Meksikada il ərzində təxminən 400 min yol-nəqliyyat hadisəsi baş verir və bu qəzalarda da 16 minə yaxın insan həlak olur.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man