Paraqvay Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus olan və SENAD Narkotiklərlə Mübarizə İdarəsi ilə işləyən helikopter ölkənin şərqindəki Pedro Xuan Kabalyero şəhərində qəzaya uğrayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, helikopter anbar binasına düşüb.
Qəzadan dərhal sonra həm helikopter, həm də anbar yanıb. Yerli yanğınsöndürənlər qonşu Braziliyadakı həmkarlarından yardım istəyiblər.
Helikopterdə tapşırığı yerinə yetirdikdən sonra bazaya qayıdan 10 nəfər olub. Yerli KİV-in yazdığına görə, qəzaya uğrayan helikopterin komandiri ölkə HHQ-nin ilk qadın pilotu Lilian Moskeyra olub. Qeyd olunur ki, göyərtədə olanlardan heç biri ciddi xəsarət almayıb.
"Qəzaya uğrayan helikopterin komandiri leytenant Lilian Moskeyra ilə danışdım. O mənə dedi ki, təyyarədə olanlar, Allaha şükür, yalnız kiçik xəsarətlər alıblar", - Paraqvayın Prezidenti Mario Abdo Benites "Twitter"də yazıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man