Yol Hərəkəti Təhlükəsizliyi üzrə ekspert Əziz Talıbov dairəvi hərəkət təşkil olunmuş yolayrıcı ilə bağlı izahlı video çəkərək sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, ekspert dairədə necə hərəkət etməklə bağlı sürücülərə öz tövsiyələrini verib. Yol Hərəkəti Haqqında Qanunun 42-ci madəsində qeyd olunub ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında qoyulmuş 4.3 nişanı olduqda, sürüclər dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Əgər 4.3 dairə nişanı ilə birgə baş yol nişanı quraşdırılmışdırsa, dairəyə daxil olan sürücülər üstünlüyə malik olurlar. Dairə boyunca hərəkət edən sürücülər isə dairəyə baş yoldan daxil olan nəqliyyat vasitələrinə yol verməlidir.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man