Braziliyada kişi ondan pul istəyən qıza atəş açıb, sonra isə sakit addımlarla yoluna davam edib. Hadisə yaxınlıqdakı müşahidə kameraları tərəfindən qeydə alınıb. Faciə barədə “The Sun” xəbər yayıb. Hadisə Rio-de-Janeyroda baş verib. Kadrlarda gənc bir adamın küçə ilə getdiyi görünür. Bu vaxt bir qız ona yaxınlaşaraq 18 peso pul istəyir. Bunun müqabilində kişi tapançasını çıxararaq, ona atəş açıb, sonra isə yoluna davam edir.
Hadisənin şahidləri qızın yardımına gəlsələr də, onu xilas etmək mümkün olmayıb.
Polisin məlumatına görə, qurban 31 yaşlı Zilda Enrike duş-Santuş maddi problemlərlə əlaqədar küçədə yaşayırmış.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man