Qəza törədən sürücü sükan arxasında infarkt keçirdi – VİDEO

Nəqliyyat TV 18 Noyabr 2019 | 23:58
OXUNUB: 2207

Türkiyənin Kastamonu vilayətində sükan arxasında infarkt keçirən sürücü dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident Tosya rayonunun Ahşap sənaye istiqamətində qeydə alınıb.

Məlumata görə, Əhməd Pekərin (43) idarə etdiyi “Tofaş” markalı minik avtomobillə, yol kənarında park edilmiş Fateh Saqızçıya məxsus “BMW” markalı minik maşınını arxadan vurub.

O anda iş yerinin qarşısında dayanan Fateh Saqızçı hadisənin baş verdiyi yerə gedib.

Avtomobilinə çırpılan nəqliyyat vasitəsinin sürücüsünü sükan arxasında hərəkətsiz  vəziyyətdə olduğunu görən Fateh, dərhal səhiyyə işçilərinə xəbər verib.

Əhməd Pekər təcili tibbi yardım maşınların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatının xilas etmək mümkün olmayıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man