Azərbaycanda baş verən qəzaların hamısı sürücülərin qeyri-peşəkarlığına görə baş vermir. Yol təsərrüfatında olan problemlər və onlara nəzarət edilməməsi, o cümlədən yolların işıqlandırılmasının normal səviyyədə olmaması da qəzalara yol açır. Avtosfer.az Bakı-Quba yolundakı problemi nümunə olaraq sizə təqdim edir. Qeyd etdiyimiz yolda süni işıqlandırma olmadığı üçün sutkanın qaranlıq vaxtı bu yoldan istifadə edən sürücülərə böyük təhlükələr yaranır. Onuda qeyd edək ki, yolun hərəkət hissəsini ayıran əyrixətli dəmir tirlərin üzərində də işıq qaytarıcı elementlər yoxdur. Bunların olmaması da məhdud görünmə şəraitində sürücünü köməksiz vəziyyətdə qoyur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, yol təsərrüfatına nəzarət edən şöbəsi daima bu cür problemləri nəzarətdə saxlayaraq həmin problemlərin aradan qaldırılması üzrə işlər görməlidir.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man