Bakının Yasamal rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, minik avtomobili rayon ərazisində yolu keçmək istəyən orta yaşlı Ayşən Quliyevanı vuraraq xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, qolun əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man