Sürücü infarkt keçirib öldü; "QAZ 24" “Qazel"lə toqquşdu - FOTO

Yol qəzaları 17 Noyabr 2019 | 13:00
OXUNUB: 994

***12:30***

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində qeydə alınıb. 

“QAZ 24” markalı minik avtomobili ilə “Qazel” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticə “QAZ 24”ün sürücüsü hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

***13:00***

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində baş verən hadisə zamanı "QAZ 24"ün sürücüsü, 1960-cı il təvəllüdlü Xaçmazın Gödəkli kənd sakini Mədətov İdayət Dübarə oğlu ölüb. Məlum olub ki, "QAZ 24" markalı minik avtomobilinin sürücüsü qəzadan öncə ürək tutmadan ölüb və avtomobil idarəetmədən çıxaraq “Qazel" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man