Bu gecə Bakıda daha bir piyada yol qəzasının qurbanı olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Yolu keçmək istəyən 1991-ci təvəllüdlü Salahov Teymurxan Səlimxan oğlunu avtomobil vurub. Xəsarət alan piyada Respublika Nerocərrahiyyə Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man