Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
Belə ki, naməlum avtomobil taksi fəaliyyəti göstərən, 1993-cü təvəllüdlü Rüstəmov Talehin idarə etdiyi “Ravon” markalı 90-PN-361 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Hadisə nəticəsində Rüstəmov Taleh və onun sərnişini, təqriban 45 yaşlı olan xanım müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili yardımım köməyi ilə xəstəxanaya çatdırılıblar. Polis hadisəinin təfərrüatını araşdırır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man