Sosial şəbəkələrdə Ruslan Həsənov adlı istifadəçi idarə etdiyi 20 DA 914 dövlət nömrə nişanlı, “Opel” markalı avtomobil ilə görüntülərini paylaşıb. Avtosfer.az xəbər verir ki, sürücünün azyaşlı qızı ön ortacaqda ayaq üstə dayanıb. Musiqi sədaları altında ata öz qızına oynamasını deyir. Həmçinin onu öpməsini də istəyir. Bütün bunlarda isə uşaq təhlükəli şəkildə ön ortacaqda dayanıb. Nəzərə alsaq ki, ani əyləci yavaş basanda belə o, xəsarət ala bilər, atanın bu sevincli anları kədərə çevrilər. Əlbəttə, hər birimiz övladımızı sevir və onunla oynamaq istəyirik. Amma bunu sükan arxasında bu şəkildə etmək ilk əvvəl elə uşağımızı təhlükəyə atmaqdır. Ümid edirik ki, Rusan Həsənov da bunu dərk edər və növbəti dəfə bu cür səhvə yol verməz.
Qeyd edək ki, bu hərəkət həm də inzibati məsuliyyət yaradır.
Elmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man