Qatar avtomobili vurub 200 metr sürüdü: 2 ölü, 1 yaralı - VİDEO

Nəqliyyat TV 13 Noyabr 2019 | 18:35
OXUNUB: 980

Türkiyənin Elazığı vilayətində sərnişin qatarının və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Ataşəhər məhəlləsində qeydə alınıb.

Məlumata görə, Malatya-Tatvan marşrutu ilə hərəkət edən sərnişin qatarı, nəqliyyat vasitələri üçün müəyyən edilməyən yerdən keçən, Səlahəddin İldırımın idarə etdiyi 23 BA 446 qeydiyyat nömrə nişanlı avtomobilə çırpılıb. Zərbənin gücündən maşını təxminən 200 metrə sürüklənib. Nəticədə nəqliyyat vasitəsində olan 3 nəfər yaralanaraq hadisə yerinə çağırılan ambulanslarla ərazidə yerləşən xəstəxanaya yerləşdirilib. Onlardan sürücü Səlahəddin İldırım (45) və Fərdi Ağbulud (31) həkimlərin bütün müdaxiləsinə baxmayaraq dünyalarını dəyişiblər. Digər şəxsin müalicəsi davam edir.

Avtomobil relslərin üzərindən qaldırıldıqdan sonra, qatar yoluna davam edib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man