Moskva ətrafı Zelenoqrad inzibati rayonunda minik avtomobili və “təcili tibbi yardım” maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident Kutuzovsk şosesində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil, bütün nəqliyyat iştirakçılarının gözləmədiyi bir anda 3-cü zolaqdan birinci zolağa manevr edərək xəstəxanaya yeniyetmə xəstəni aparan “təcili tibbi yardım” maşını ilə toqquşub. Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb. Yeniyetməni isə digər səhiyyə maşını aparıb.
Qəzadan sonra sürücü qeyri-adi manevrini, hərəkətdə olana vaxt qarşısına çıxan “Giriş yoxdur” nişanından qaçmağı ilə izah edib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man