Paytaxtın Abbasqulu Abbaszadə küçəsində aparılan təmir işləri, həmin ərazidə yaşayan sakinlərin və sürücülərin narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, A.Abbaszadə küçəsində asflat örtüyünün və səki daşlarının yenidən qurulması layihəsi Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanıb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur. Bu layihədə görülən işlər nəticəsində yolun hərəkət hissəsi daraldığı üçün, Bakı şəhər Dövlət Yol Polisi idarəsi təmir işlərinin dayandırılması ilə bağlı göstəriş verib.
Bir neçə gün öncə Bakı şəhər DYP idarəsinin, AAY Dövlət Agentliyinin və Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi həmin ərazini müayinə edərək yolun hərəkət hissəsinin daraldılmasını məqbul hesab etməyiblər.
Çünki yolun kənarında avtomobillər park edilən zaman tıxaclara səbəb olacaq.
Onu da qeyd edək ki, ötən il sözügedən küçədə bütün səki daşları bahalı materiallarla dəyişdirilmişdi.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man