İki sərnişin qatarı toqquşdu: 15 ölü, 30 yaralı - VİDEO

Yol qəzaları 12 Noyabr 2019 | 08:07
OXUNUB: 775

Banqladeşdə iki sərnişin qatarının toqquşması nəticəsində azı 15 nəfər ölüb, daha 30 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident bu gün yerli saatla 02.00 radələrində paytaxt Dəkkədən 109 kilometr aralıda Mondobhaq stansiyasında qeydə alınıb.

Məlumata görə, qəza stansiyaya daxil olan qatarlardan birinin istiqamətini dəyişməsi səbəbindən baş verib.

Bildirilir ki, bir çox insan deformasiyaya uğramış vaqonların arasında qaldığından ölənlərin artacağı istisna edilmir.

Qəza yerinə səhiyyə, polis və xilasetmə briqadalarının əməkdaşları cəlb olunub.

Hadisənin baş verdiyi ərazidə bütün dəmiryolu səfərləri dayandırılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man