Rusiyada azərbaycanlı sürücünü avtomobil vurub öldürdü

Yol qəzaları 11 Noyabr 2019 | 12:45
OXUNUB: 669

Rusiyanın Volqorad vilayətinin Kamışin rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı ölüb. 

Oxu.Az xəbər verir ki, 64 yaşlı azərbaycanlı idarə etdiyi yük maşınından düşüb yolu keçərkən “Lada-Qranta” markalı avtomobil tərəfindən vurulub. 

Hadisə noyabrın 10-u, saat 5:55 radələrində baş verib. Qəza nəticəsində ağır xəsarət alan azərbaycanlı hadisə yerində ölüb. 

Məlum olub ki, ölən şəxs Azərbaycan şirkətlərindən birinə məxsus “Volvo” markalı yük maşını ilə Azərbaycandan Rusiya vasitəsilə Qazaxıstana daşımalar həyata keçirib. O, hadisə zamanı Qazaxıstandan vətənə qayıdırmış.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man