"Ailə başçısı olan kişi müəllimləri kommunal və nəqliyyat xərclərindənazad etməliyik”.
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan orta ümumtəhsil məktəblərində kişi müəllimləri və o cümlədən həmin cinsdən olan məktəb direktorların sayının ildən-ilə azalmasının yaratdığı neqativ hallarla bağlı danışarkən təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, təhsil sistemində neqativ halların artması məhz kişi müəllimlərin sayının azalması ilə bağlıdır: "Azərbaycanda işləyən müəllimlərin 81 faizini qadınlar təşkil edir. Onların da böyük əksəriyyəti uzun müddət bu sistemdə çalışanlardır. Halbuki, sovetlər dönəmində Azərbaycanda qadın və kişi müəllimlərin nisbəti 55-in 45 nisbətində idi. Hazırda orta məktəb direktorlarının 70 faizi də qadınlardır. Bu illər ərzində təhsil sistemində baş verən neqativ halların əsasən səbəblərindən biri təbii ki, orta ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının azlığı ilə bağlıdır. Qarabağ müharibəsi başlayanda kişilərin əksəriyyəti müharibəyə getdi. Eyni zamanda, keçən əsrin 90-cı illərin əvvəllərindən 2016-cı ilə qədər orta məktəb müəllimlərinə verilən əmək haqqqı onların ehtiyac meyarını ödəmirdi. Ona görə də kişi müəllimlər başqa işlərə meyl etməyə başladı. Nəticədə, hətta təlim-tədrislə bağlı yaxşı göstəricilərə malik kişi müəllimləri belə bu sistemdən uzaqlaşdı”.
Ekspert qeyd etdi ki, orta məktəblərdə kişi müəllimlərinçatışmamazlığı və güclü cinsdən olan direktorların azlığı xüsusən oğlan uşaqlarının xaraktersiz formalaşmasına gətirib çıxarır: "Onlar kişi xarakterində formalaşmır. Cəmiyyətdə baş verən neqativ, aqressiv hadisələrə məhz bu tendensiya da təsir göstərir. Ailədə uşağa əsasən xanım baxır, bağçada, orta və ali məktəbdə də əsasən elə qadın müəllimlərin əhatəsində olurlar. Yekun nəticədə oğlan uşaqlarında xaraktersizlik yaranır. Bu proses deyirdim ki, ölkədə boşananların sayının artımına da öz neqativ təsirini göstərir. Ona görə bu hallar artıb ki, ailələr problemli situasiyalardan çıxmaq bacarığına malik deyillər”.
K. Əsədov düşünür ki, kişi müəllimlərin sayı çox olarsa, məktəbdə baş verən neqativ hallar, aqressiv münasibət, hətta boşanmaların sayı da azalar: "Ona görə hesab edirəm ki, işə qəbul prosesində kişi müəllimlərə bir sıra güzəştlər edilməlidir. Genefondumuzun qorunması, şəxsiyyətli, xarakterli insan yetişdirmək üçün mütləq şəkildə kişi müəllimləri məktəbə cəlb etməliyik. Bunun üçün də müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Kişi müəllimlərə müəyyən güzəştlər edilməlidir. Ailə başçısı olan kişi müəllimləri kommunal və nəqliyyat xərclərindən azad etməliyik. Məktəblərdə sabitlik və stabilliyin qorunması üçün ən zəruri addımlar məhz kişi müəllimləriniməktəbə və rəhbərliyə cəlb etdikdən sonra baş verəcək. Kişi müəllimlərin məktəb rəhbərliyində az olması idarəetməyə, işə götürənlə işçi münasibətlərinə də mənfi təsir göstərir”.
Qeyd edək ki, Azərbaycanın orta təhsil müəssisələrində hazırda kişi müəllimlərin sayı xeyli azalıb. Bütün müəllim kollektivinin cəmi 19 faizi, orta məktəb direktorlarının isə 30 faizi güclü cinsin nümayəndələridir.
Elçin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man