Əks istiqamətə çıxaraq axına qarşı hərəkət edən sürücülərin videogörüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, noyabrın 6-da Balaxanı-Binəqədi yolunda əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə edən sürücü, qarşıdan gələn avtomobillə üzləşdiyi üçün qəza baş verəcəkdi. Qaydaları pozan sürücü yolun sol tərəfinə manevr edərək qəzadan son anda yayına bilib. Qəzalar məhz bu qaydaların pozulduğuna görə baş verir.
Sürücülərə bir daha tövsiyə edirik ki, yollarda diqqətli və səbirli olsunlar. 1 saniyə tələsməyiniz sizin və ya digər insanların həyatına son qoya bilər.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man