Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.
1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb. Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, intihar edən O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi,polkovnik Əlaslan Ağayevin oğludur.
APA