Sərnişin avtobusu rikşa ilə toqquşdu: azı 13 ölü, 3 ağır yaralı - FOTO

Yol qəzaları 07 Noyabr 2019 | 20:30
OXUNUB: 816

Pakistanın Matiari əyalətində sərnişin avtobusunun və motosiklet-rikşanın iştirakı ilə ağır yol-nəqliyyat vasitəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün Karaçi-Mianvali avtomagistralının Hala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Pəncabdan Karaçiyə gedən sərnişin avtobusu, işçiləri daşıyan motosiklet-rikşa ilə toqquşub.

Nəticədə azı 13 nəfər dünyasını dəyişib, daha 3 nəfər ağır vəziyyətdə Heydərabad Mülkü Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, ölən və yaralananların hamısı işçilər olub. Qəzaya səbəb olan avtobus sürücüsü polis tərəfindən həbs edilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man